Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lyambliya və qurdlar heç bir aparatla tapılmır və müalicə olunmur - Pediatrdan AÇIQLAMA

Lyambliya və qurdlar heç bir aparatla tapılmır və müalicə olunmur - Pediatrdan AÇIQLAMA

Tarix: 27 Fevral 2022 20:18

Uşaqlarda qurd invaziyaları həmişə aktual məsələ olub.

Analar ilboyu övladlarında hər hansı problemi qurda bağlayır, çoxsaylı analiz və müayinələrlə uşaq orqanizmində qurd axtarırlar.

Medicina.az bildirir ki, daha çox gündəmdə olan, tapılması bir qədər müşkül hesab edilən lyamblya əslində qurd deyilmiş. Pediatr Şəlalə Həsənova bildirib ki, lyamblya birhüceyrəli ibtidaidir. Onun qurd olunaraq bilinməsi və təsviri yanlışdır.

"Lyambliya USM müayinə zamanı öd və öd yollarında görünə bilməz. Kİmsə USM-də öddə lyamblya gördüm deyirsə inanmayın.  Barmaq ucuna taxılmış hansısa aparatların siqnalları da lyamblyanı tapa bilməz. Bu aparatla müyinə və müalicə gülüncdür. Dünya səhiyyəsi belə bir aparatları  tanımır. Çox həkimlər uşaqları və valideybləri qanda İG G, İG A analizləri ilə yükləyir, yorur.

İstərdim valideynlər birdəfəlik bilsinlər ki, qurdlar və lyamblya yalnız nəcis analizi ilə təyin edilir. Bir dəfə nəcis analizində hətta tapılmaya bilər. Ona görə ən azı 3 gün fasilə ilə 3 dəfə analiz vermək lazımdır. Düzdür, asan deyil, yorucudur, uzundur, amma başqa metodlara vaxt və maddiyat sərf etməkdən çəkinin".

Lyamblyanın müalicəsi mümkündürmü və bu zaman hansı metod seçilir? Pediatr bildirdi ki, digər qurd növlərinə təyin edilən preparatlar lyamblyozu müalicə etmir.

"Bir qurd əleyhinə siropla həm askaridoz, həm enteribioz, həm də lyamblyozu müalicə edəcəyinə inanmayın. Apteklərdə satılan və yaxınların tövsiyyə edəcəyi bitki tərkibli preparatlar isə təkbaşına    nə lyamblyozu,nə helmintozu müalicə edə bilməz.

Kimyəvi prepat zəruridir. Onu da peşəkar həkim müvafiq analizlərdən sonra yazmalıdır. Valideynlərə tövsiyyəm budur ki, qurd və lyamblya axtarışına təkbaşına çıxmayıb, düzgün yolu seçsinlər".

Milli.Az


Etiketlər:  Lyambliya qurdlar heç bir aparatla tapılmır müalicə olunmur Pediatrdan AÇIQLAMA


RƏYLƏR