Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nadir Putinlə şəklinə görə tənqid edildi - FOTO

Nadir Putinlə şəklinə görə tənqid edildi - FOTO

Tarix: 28 Fevral 2022 18:25

Müğənni Nadir Qafarzadə sosial şəbəkədəki paylaşımına görə tənqid edilib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun Rusiyanın prezidenti Vladimir Putinlə şəklini kollaj edib yayımlaması olub. 

Nadirin yazdığı "Biz nəsə deməklə hər şey düzəlsəydi, çox söz deyərdik. Arada günahsız insanlar əziyyət çəkir" sözlərə insanlar etiraz bildirib. Onlar "Bu nə yanaşmadır, orada günahsız insanlar ölür" kimi şərhlər yazıblar. Nadir isə ona rəy yazan izləyicilərinin bəzilərinə cavab verərək, qeyri-etik ifadələr işlədib. 

Qafarzadə bu gün daha bir video yayımlayıb. Görüntüdə rusiyalı bir kişinin SSR-nin yenidən qurulmasını dəstəklədiyi əks olunub. Müğənni bu paylaşımını yazılan şərhlərə görə qısa vaxtdan sonra silib.


Etiketlər:  Nadir Putinlə şəklinə görə tənqid edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ