Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Canavarlar kəndə hücum etdi: Heyvanları parçalayıblar - VİDEO

Canavarlar kəndə hücum etdi: Heyvanları parçalayıblar - VİDEO

Tarix: 28 Fevral 2022 18:30

Şamaxıda canavarlar kənd sakinlərini təngə gətirib. 2-3 gündən bir onlar həyətlərə hücum edərək ziyan vurular. Son 1 ayda  canavarlar 19 iribuynuzlu heyvana xəsarət yetirib, 2-ni parçalayaraq öldürüb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, dünən günorta saatlarında Şamaxının Aşağı Çağan kəndində canavarlar iri buynuzlu mal qaraya hücüm edib. Hadisə nəticəsində 12 baş heyvana xəsarət yetiriblər. Kənd sakinlərinin sözlərinə görə bu son bir ayda canavarların kəndə 5 ci hücumudur. 

Sakinlər bildirir ki,  hər dəfə kəndin daha da yaxınlığında baş verən hücumlar nəticəsində ümumilikdə 19 iri buynuzlu  heyvana xəsarət yetirilib, 2 heyvan isə tələf olub. Sakinlər şikayətlənirlər ki, onlara canavarları vurmağa, öldürməyə icazə verilmir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "XəzərXəbər"ə bildirib ki, vəhşi heyvanları icazəsiz ovlamaq olmaz. Vətəndaşlar nazirliyin ərazi üzrə idarələrinə bunu bildirməlidirlər.

Qeyd edək ki, Aşağı Çağan kəndində 20 ailə məskunlaşır və onların əsas məşğuliyyəti heyvandarlıqdır.  Təsərrüfatlar mart, aprel, may aylarında canavarların  daha çox hücumuna məruz qalır.  

Milli.Az


Etiketlər:  Canavarlar kəndə hücum etdi Heyvanları parçalayıblar VİDEO


RƏYLƏR