Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhər yeməyi zamanı bu şirəni için. Təzyiqi salır

Səhər yeməyi zamanı bu şirəni için. Təzyiqi salır

Tarix: 1 Mart 2022 08:27

Yüksək təzyiq damarları və həyati vacib orqanları (ürək, beyin, böyrəklər) həddindən artıq yükləyir və bu da çox ağır fəsadlara (insult, infarkt, böyrək çatışmazlığı və s.) səbəb ola bilər.

Bu səbəbdən təzyiqin normal səviyyədə olması insanın sağlamlığının əsas göstəricilərindən biri sayılır.

Mütəxəssislərin fikrinə görə, sağlam qidalanma, pis vərdişlərdən imtina, normal yuxu və fiziki aktivlik təzyiqi normada saxlamağa yardım edən ən vacib amillərdir.

Bəzi çox sadə və əlçatan qida məhsulları orqanizmə təbii "təzyiq dərmanı" kimi təsir edərək yüksək təzyiqi salmağa yardım edir. Bu məhsullardan biri çuğundur şirəsidir.

Saglamolun.az Express nəşrinə istinadla bildirir ki, mütəxəssislər çuğundur şirəsini həm hipertoniyadan əziyyət çəkənlərə, həm də bu xəstəliyin profilaktikası məqsədi ilə səhər yeməyinə daxil etməyi tövsiyə edirlər.

Çuğundur şirəsi təbii nitratlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinə çevrilərək damarlarda spazmı götürür, damarları genişləndirir və bununla da təzyiqi normallaşdırmağa kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, hipertoniya uzun müddət ərzində simptomsuz inkişaf edir və bu səbəbdən hər bir insan təzyiqini vaxtaşırı olaraq ölçməlidir. Arterial təzyiqin normal göstəriciləri - 120/80 mm c.st.


Etiketlər:  Səhər yeməyi zamanı şirəni için Təzyiqi salır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ