Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın futbolçusu Ukraynada yaşayan valideynlərinin durumundan danışdı

“Qarabağ”ın futbolçusu Ukraynada yaşayan valideynlərinin durumundan danışdı

Tarix: 1 Mart 2022 13:36

"Mən Ukraynanın qərbində yerləşən Xmelnitski vilayətindənəm. Valideynlərim Kiyevdə yaşasa da, hazırda ora təhlükəli vəziyyətdə olduğu üçün Xmelnitskiyə qayıtmalı olublar. Kiyevdə isə hər şey qorxuludur, komendant saatı elan edilib. İnsanlar şəhər bombalandığı üçün sığınacaqlarda, metrolarda qalmalı olurlar. Ümid edirik ki, Ukraynada vəziyyət yaxşıya doğru dəyişəcək".

Sonxeber.net xəbər verir ki, bunu oxu.az-a millimizin və "Qarabağ"ın futbolçusu Rüstəm Əhmədzadə deyib.

21 yaşlı hücumçu "Qarabağ"da oynadığından Azərbaycandadır. Lakin gənc forvardın valideynləri Ukraynada qalır. O, valideynləri ilə bağlı hazırda hər hansısa təhlükənin olmadığını bildirib:

"Xmelnitski vilayəti Kiyevlə müqayisədə daha təhlükəsiz vəziyyətdədir. Hər gün valideynlərimlə danışıram. Onlar hər gün orada baş verənlərlə bağlı mənə məlumatları verirlər. Dediklərinə görə, hər şey Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Valideynlərim Ukraynadakı Azərbaycan səfirliyinə müraciət etməyiblər. Çünki Ukraynanı tərk etmək istəmirlər".


Etiketlər:  Qarabağın futbolçusu Ukraynada yaşayan valideynlərinin durumundan danışdı


RƏYLƏR