Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 14:32
Ukraynanın Çerniqov şəhərinin meri Vladislav Atroşenko düşmənin texnikasını və ya canlı qüvvəsini məhv edənlər üçün pul mükafatı vəd edib.
Sonxeber.net xəbər verir ki, mer vətəndaşlara müraciətində insanları təşkilatlanmağa və orduya kömək etməyə çağırıb. Mer qarşı tərəfin hərbi texnikasını və canlı qüvvəsiniı məhv edənlərin pulunu mer özü ödəyəcək:
zirehli texnika üçün - 150 min qrivna
piyada döyüş maşınları üçün - 200 min qrivna
bir tank üçün - 250 min qrivna
əsir və yaxud öldürülən şəxs üçün - 300 dollar.
Yeri gəlmişkən, bir müddət əvvəl Rovno bölgəsindən olan iş adamları da analoji təşəbbüslə çıxış etmişdilər - tutulan hər rus əsgəri üçün 100, öldürülən üçün isə 50 dollar.
Anar Əli