Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 20:32
Vətəndaşlar övladlarına bir çox hallarda xarici teleseriallardakı adları da qoyurlar. Təcrübədə bu halla çox rastlaşırıq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli "Adın, ata adının, soyadın dəyişdirilməsi" mövzusunda onlayn brifinqdə deyib.
O bildirib ki, Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələrin sayı artıb: "Valideynlər bilməlidir ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır. Bu adlar kifayət qədər əcaib səslənir. Məsələn, Kiara, Alisa. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilər".