Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 08:30
"Biz Rusiya ilə müharibə aparmırıq".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.
Çərşənbə günü xalqa müraciətində Makron Ukraynaya qarşı müharibənin Avropada parçalanma yaratdığını söyləyib.
Makron əlavə edib ki, o, həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa önəm verir.
Fransa lideri deyib ki, o, münaqişənin genişlənməsinin qarşısını almaq üçün Putinlə əlaqə saxlayıb.