Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bombalanan Kiyevdə nikah: ukraynalı polis zabiti və rus jurnalist evləndilər - FOTO

Bombalanan Kiyevdə nikah: ukraynalı polis zabiti və rus jurnalist evləndilər - FOTO

Tarix: 3 Mart 2022 10:46

Kiyevdə, raket-bomba zərbələri altında daha bir toy olub.

Şəhər Patrul Polisi İdarəsinin rəisi Yuri Zozulya və tanınmış jurnalist, rus Angelina Karyakina ailə qurublar.

Sonxeber.net Ukrayna mediasına istinadən bildirir ki, nikah mərasimində bəyin şahidi Ukrayna Milli Polisinin Patrul Polisi Departamentinin rəisi, polkovnik Yevgeni Jukov olub.

"Hərbi vəziyyət qanunlarına uyğun olaraq mən, heyətin komandir kimi tabeçiliyimdəki zabit və döyüş dostum Yuri Zozulya ilə onun nişanlısı Angelina Aleksandrovna Karyakina arasındakı nikahın şahidi oldum", - N.Jukov Facebook profilində yazıb.

Bəylə gəlinə çiçək çələngi qismində evdə bəslənmiş orxideyalar verilib. Üzüklər isə onlara hədiyyə olunub.

"Ukrayna hərbçilərlə polislər üçün dəstlərin hazırlanması arasında bizi şampan şərabına və yeməyə qonaq edən möhtəşəm insanların ölkəsidir. Uğrunda vuruşduğumuz Ukrayna nikahımıza şahidlik edən polis komandiridir. Uğrunda vuruşduğumuz Ukrayna bombalanan şəhərdə bizə iki üzük tapıb hədiyyə edən,  "Yastreb Jewelry"nin sahibəsi Lenadır.  Uğrunda vuruşduğumuz Ukrayna toy çələngi qismində bizə evindəki orxideyaları gətirən Anna Tsiqimadır", - A.Karyakina bildirib.


Etiketlər:  Bombalanan Kiyevdə nikah ukraynalı polis zabiti jurnalist evləndilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ