Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2019 19:44
Bu yay "Neftçi"dən ayrılan və sabiq klubu “Slaven”ə (Xorvatiya, Belupa) qayıdan Qoran Paratski Azərbaycan Premyer Liqası haqda fikirlərini bildirib.
Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan xorvatiyalı yarımmüdafiəçi bununla bağlı deyib: "Azərbaycan Premyer Liqasında 8 klub var. Ora klublar və keyfiyyət Xorvatiya çempionatından aşağıdır. Mən Azərbaycanda oynadığım zaman "Qarabağ" və "Neftçi" sıçrayış edirdi. Bu liqanı yaşı 30-dan yuxarı olan futbolçulara tövsiyə edirəm".
Qeyd edək ki, 32 yaşlı Paratski 2018/2019 mövsümünü "Neftçi"də keçirib.