Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 08:38
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Hüseynov Seynur Salman oğlu dava zamanı boyun nahiyyəsi və döş qəfəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb.
O, cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.