Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtobus qəzası: 4 yaralı - FOTO

Bakıda avtobus qəzası: 4 yaralı - FOTO

Tarix: 5 Mart 2022 08:52

Sabunçu rayonunda marşrut avtobusu yük avtomobili ilə toqquşub.

Dünən saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında "Vətən.az" MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

"Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. "Vətən.az" MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb."-deyə qurumdan verilən məlumatda qeyd olunub.

Qəza zamanı sərnişlər 1989-cu il təvəllüdlü Zeyniyev Azər Vidadi oğlu, 1985-ci il təvəllüdlü Paşayev Elmar Sahil oğlu, 1988-ci il təvəllüdlü Sulcaddin Rüstəm Habil oğlu və 1961-ci il təvəllüdlü Vəliyev Nadir Ələsgər oğlu xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Yaralıların üçü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sulcaddin Rüstəm Habil oğlu isə sağ ayaq sümüyünün qəlpəli sınıq diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az


Etiketlər:  Bakıda avtobus qəzası yaralı FOTO


RƏYLƏR