Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Elə bil, ərinlə dava etmisən qonşu gəlib..." - Nura Suridən müharibəyə maraqlı reaksiya

Tarix: 5 Mart 2022 14:10

"İnsanların qurduğu dünyaya baxın da, adi adam birini döyəndə, bıçaqlayanda və sairə cinayətkar olur, türmədə yatır.  Prezident olanda minlərlə insanların ölümünə səbəb olur, amma nə cinayətkar, nə də cəza verəni olur. Durduq yerdə qoşunu sal başqa dövlətə, yerlə-yeksan et, heç öz millətin də səni mühakimə etməsin".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi Rusiyanın Ukraynaya hücumu ilə bağlı fikirlərini bölüşüb:

"Bu necə dünyadır? Amerika da eyni addımı atıb vaxtilə başqa dövlətlərə qarşı - İraq, Vyetnam və sairə ki bəs, gəlmişik sizi sizdən xilas etməyə. İndi bu da eyni sözü deyir. Elə bil evdə ərinlə dava etmisən qonşu gəlib uşaqlarını öldürüb, evində nə var sındırıb-dağıdıb, sonra da səni evindən çıxarıb atıb bayıra ki, bəs gəlmişəm sizi xilas etməyə".

Milli.Az


Etiketlər:  Elə bil ərinlə dava etmisən qonşu gəlib Nura Suridən müharibəyə maraqlı reaksiya


RƏYLƏR