Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kosovo “Avro-2020”yə seçmə mərhələdən getsə… - Millətlər Liqası vəsiqəsi millimizə verilə bilərmi?

Kosovo “Avro-2020”yə seçmə mərhələdən getsə… - Millətlər Liqası vəsiqəsi millimizə verilə bilərmi?

Tarix: 8 Sentyabr 2019 10:04

UEFA-nın Millətlər Liqası yarışında millimizlə eyni qrupda yer almış Kosovo yarışdığı “Avro-2020”nin A qrupunda uğurlu çıxış edir. Hazırda İngiltərədən sonra 8 xalla ikinci yeri tutan keçmiş rəqibimizin gələn keçiriləcək qitə çempionatının final mərhələsinə çıxmaq şansı az deyil.

Qol.az xəbər verir ki, Kosovo D liqasından Millətlər Liqasının pley-off mərhələsinə vəsiqə qazanan 4 qrup qalibindən biri olduğundan həmin komandanın gələn ilin martında keçiriləcək və Avro-2020-yə  vəsiqə verəcək pley-off mərhələsində iştirak etmək hüququ qazanıb. Amma Kosovo “Avro-2020”ə seçmə mərhələdən vəsiqə əldə edərsə, bu halda Millətlər Liqasının “pley-off”unda iştirak etməyəcək. Bəs, bu halda həmin vəsiqə D liqasının 3-cü qrupunda Kosovodan sonra ikinci olmuş Azərbaycan millisinə verilə bilərmi?

Millətlər Liqasının əsasnaməsinə görə, yarışın pley-off iştirakçısı olan komanda seçmə mərhələdən “Avro-2020”yə vəsiqə qazansa, bu halda onun vəsiqəsi liqadakı ümumi reytinqi nəzərə alaraq liqanın növbəti ən yaxşı komandasına, zərurət yaranarsa isə aşağı liqada ən yaxşı reytinq xalı olan komandaya ötürülür.

Millimiz Millətlər Liqasında qrup ikincisi olsa da, topladığı xal digər rəqiblərlə müqayisədə azdır. Qrup ikinciləri arasında ən yüksək xalı C liqasından Ruminiya (12), Bolqaristan (11) və Macaristan (10), millimizin yer aldığı D liqasında isə Lüksemburq (10) və Ermənistan (10) toplayıb. Millətlər Liqasının reytinq xalları hesablanarkən ilk növbədə komandaları qrupda tutduğu yer və xallar əsas götürülür. Deməli, millimiz 9 xal yığdığından Kosovanın Avro-2020-yə seçmə mərhələdən çıxacağı halda vəsiqəsi Azərbaycana verilməyəcək.

Xatırladaq ki, “Avro-2020”yə 24 vəsiqədən 20-si seçmə mərhələdə 10 qrupda ilk iki yeri tutmuş komandalara, daha 4 vəsiqə isə Millətlər Liqasında final mərhələsinin qalibi olan 4 komandaya veriləcək.

Əgər əvvəlcədən seçmə mərhələ yolu ilə AVRO-ya vəsiqə qazanıblarsa, pley-offa vəsiqəni liqadakı ümumi reytinqini nəzərə alaraq liqanın növbəti ən yaxşı komandasına aparacaqlar. Lazım gələrsə, "oynaqlara" bir keçid, müəyyən bir liqanın reytinqi nəzərə alınmaqla, aşağı liqalar tərəfindən ötürülür.

 


Etiketlər:  Kosovo Avro 2020yə seçmə mərhələdən getsə Millətlər Liqası vəsiqəsi millimizə verilə bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ