Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 12:38
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırlanıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
"Xəzər Xəbər"ə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva prosesin təfərrüatlarını açıqlayıb.
Qeyd edək ki, əgər sərnişin daşıyan nəqliyyat vasitəsinin texniki və tibbi sənədləri yoxdursa, icazəsiz fəaliyyət göstərirsə, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, vəzifəli şəxslər 500-800, hüquqi şəxslər isə 2000-3000 manat arasında cərimə oluna bilərlər. Sərnişin daşıyan nəqliyyat vasitəsində taxoqraf yoxdursa və ondan istifadə edilmirsə, fiziki şəxsləri 150, vəzifəli şəxsləri 500, hüquqi şəxsləri isə 1000 manat məbləğində cərimə gözləyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: