Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 15:56
15:54
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün telefon danışığında Rusiya Prezidenti Vladimir Putini Ukraynada təcili atəşkəsə çağırıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
R. T. Ərdoğan Rusiya və Ukrayna arasında danışıqların başlamasının vacib olduğunu vurğulayıb. Qeyd edilib ki, Türkiyə Prezidenti sülhün yolunu açmağı vacib sayıb.
------------
14:00
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.
Sonxeber.net bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.
Tərəflər arasında Ukraynadakı vəziyyət müzakirə olunur.
Bundan əvvəl Türkiyə Prezidentinin nümayəndəsi bildirmişdi ki, Ərdoğan Putinlə danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.