Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycanı Xorvatiya ilə müqayisə etmək ağılsızlıq olar” - Yurçeviç

“Azərbaycanı Xorvatiya ilə müqayisə etmək ağılsızlıq olar” - Yurçeviç

Tarix: 8 Sentyabr 2019 14:40

Millimizin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına açıqlama verib.

Qol.az xəbər ki, o, öncə Uels millisi ilə sentyabrın 6-da keçirilən “Avro-2020”nin seçmə matçı barədə fikirlərini bildirib. Deyib ki, nəticə onu məyus edib.

"Uelslə görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzduğumuz oyundakından daha yaxşı çıxış etdik” deyə Yurçeviç qeyd edib ki, Uelsdən Azərbaycana məsafə uzaq olduğundan komandada yorğunluq var: “Amma matça qədər hazır olacağıq".

Yurçeviç Xorvatiyadan çəkinmədiklərini söyləyərək rəqibə ciddi müqavimət göstərəcəklərini bildirib. Bununla belə, o, etiraf edib ki, komandalar arasında böyük fərq var: “Slovakiya və Xorvatiya arasındakı oyuna baxmaq imkanım olmayıb. Amma saytlardan bəzi fikirlər oxumuşam. Xorvatların yenidən güclənməsinə sevinirəm. Özümüzü aldatmayaq. Bu gün Azərbaycanı Xorvatiya ilə müqayisə etmək ağılsızlıq olar. Çünki səviyyə fərqi göz qabağındadır. Çətin qrupda hər oyun bizim üçün özümüzü göstərmək imkanıdır. Sabahkı qarşılaşmaya da bu cür köklənmişik. Düzdür, qrupdakı bütün oyunlarda uduzmuşuq. Amma bəzilərində rəqiblərimizə çətinlik yaşada, yaxşı oynaya bilmişik. Ümid edirəm ki, Xorvatiya üçün ciddi rəqib olacağıq. Bizdə mübarizə və motivasiya çatışmır".

Xatırladaq ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 20:00-da başlayacaq.

 


Etiketlər:  Azərbaycanı Xorvatiya ilə müqayisə etmək ağılsızlıq olar Yurçeviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ