Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 saatlıq yuxunun bilmədiyiniz faydaları

8 saatlıq yuxunun bilmədiyiniz faydaları

Tarix: 7 Mart 2022 20:48

8 saatlıq normal gecə yuxusu təbii antidepressant və cavanlıq iksiridir. Yuxu plastik cərrahı belə əvəz edə bilər.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, terapevt həkim Yelena Tixomirova 8 saatlıq yuxunun orqanizmə faydalarını açıqlayıb.

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, 8 saatlı yuxu, eyni vaxtda yuxuya gedib, eyni vaxtda oyanmaq ən effektiv müalicə, cavanlıq prosedurudur.

"İdealda insan 23:00-da yatağa girib, səhər 7-də oyanmalıdır. Əgər istirahət günüdürsə, eyni vaxtda yatmalı, səhər gec oyana bilər.
Yalnız belə bir rejimdə hormonal sistem effektiv işləyir, piy, yağyandırma baş verir, əzələ və beyin bərpa olur.

8 saatlıq yuxu təbii sakitləşdirici, antidepressant təsir göstərir. Kökəlmək, qocalmaq istəmirsizsə, 8 saat yatın.

Psixoloq Pavel Javnerov da yuxu problemi yaşayanlarda təşviş, qorxu və depressiyanın çox olduğunu bildirib. Buna qarşı idman, tənəffüs gimnastikası və fiziki iş lazımdır.


Etiketlər:  saatlıq yuxunun bilmədiyiniz faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ