Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könül Kərimovanı saçlarından tutub sürüyüb

Könül Kərimovanı saçlarından tutub sürüyüb

Tarix: 8 Mart 2022 12:45

Əməkdar artist Könül Kərimova aparıcı Leyla Quliyevanın "Söhbət musiqidən gedir" verilişində qonaq olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqramda sənətə yeni başladığı illərdən danışan K.Kərimova anasının təkidi ilə müğənni olduğunu etiraf edib:

"Anam qarşıma məqsəd qoymuşdu, ya oxuyacaqsan, ya da... Bir dəfə xora getməmişdim, həmin vaxtlarda da mobil telefonlar yox idi. Anam işdən gəldi və soruşdu ki, niyə dərsə getməmisən? Yalandan dedim ki, bu gün xor dərsi yox idi, müəllim dərsə gəlməməyimizi tapşırmışdı. Həmin axşam müəllimim qonşumuzun evinə zəng vurub soruşub ki, Könül niyə dərsə gəlməyib, narahatam. O günü heç vaxt unutmaram. Anam saçımdan tutub sürüdü. Döyülə-döyülə axır ki, müğənni oldum". 

Milli.Az


Etiketlər:  Könül Kərimovanı saçlarından tutub sürüyüb


RƏYLƏR