Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nurgül ölümdən döndü - "Ağzıma və çənəmə tikişlər qoyulub"

Nurgül ölümdən döndü -

Tarix: 8 Mart 2022 12:55

Türkiyəli aktrisa Nurgül Yeşilçay avtomobil qəzası keçirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa özü verib.

O, sosial şəbəkədə fotosunu paylaşaraq "Bir müddətdir buralarda yox idim. Çünki xəstəxanadaydım. Özüm idarə etdiyim avtomobildə qəza keçirdim. Ağzıma və çənəmə tikişlər qoyulub. İzlər qalıb və bir müddət də belə davam edəcək, hazırda yaxşıyam. Mütləq avtomobildə kəmərdən istifadə edin" sözlərini yazıb. 

Qeyd edək ki, 45 yaşlı aktrisa daha öncə də "Son nefesime kadar" serialının çəkilişi zamanı avtomobil qəzası keçirərək ağaca çırpılmışdı.

Milli.Az


Etiketlər:  Nurgül ölümdən döndü Ağzıma çənəmə tikişlər qoyulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ