Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Ukraynada qiyabi həbs edildi

Xalq artisti Ukraynada qiyabi həbs edildi

Tarix: 8 Mart 2022 16:12

Ukraynanın baş prokuroru İrina Venediktova sosial şəbəkə hesabında Rusiyanın Xalq artisti Nikolay Baskovun qiyabi həbs edildiyini açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənninin müharibə ilə bağlı xoş olmayan təbliğatlar apardığı iddia edilib. Bildirilib ki, Baskovun bu addımı cinayətdir.

"Siz öz hərəkətlərinizlə təbliğat apardınız, müharibəyə haqq qazandırdınız, buradakı əhaliyə ölüm istədiniz. Bizim bu faktı gözardı etməyə haqqımız yoxdur. Siz yaxşı başa düşürsünüz ki, sizin sosial şəbəkələrdə yayılan müraciətiniz milyonlarla Rusiya Federasiyası vətəndaşı deməkdir" deyə, baş prokuror vurğulayıb.

Əlavə olunub ki, bu paylaşımın cəzası həbsdir:

"Başqa sözlə, Ukrayna prokurorları hesab edir ki, siz cinayət törətmisiniz, cəzası həbsdir. Üstəlik, Ukrayna məhkəməsi istintaqın və prokurorluğun mövqeyini öyrənərək belə qənaətə gəlib ki, həbsinizlə bağlı vəsatəti təmin etmək mümkündür. Sizin üçün praktiki olaraq bu o deməkdir ki, çox yaxın gələcəkdə sərhədini keçdiyiniz ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılacaqsınız".

Nikolay Baskovun qarşı tərəfə cavabı gecikməyib.

"Mətbuatda oxudum ki, Ukraynanın baş prokuroru məni şübhəli adlandırır. Bununla bağlı aşağıdakıları demək istərdim:

İrina Venediktova, mən də sizi tezliklə görməyə ümid edirəm. Yalnız istintaq və məhkəmə deyil, öz xalqınıza qarşı edilən hərəkətlərə və ərazinizdə bioloji silahlarla təcrübələrə dəstək verildiyinə görə tribunada. Təbii ki, faşizmin dövlət səviyyəsində dəstəyinə görə" deyə, Baskov bildirib.


Etiketlər:  Xalq artisti Ukraynada qiyabi həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ