Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göygöldə 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı RƏSMİ

Göygöldə 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı RƏSMİ

Tarix: 30 Aprel 2019 13:24

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Göygöldə 8 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 29-da saat 12 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakinləri Eldəniz Həsənovun idarə etdiyi “VAZ-2107” və Aslan Camalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə E.Həsənov və həmyerliləri olan sərnişinləri Nahidə Orucova, habelə A.Camalov və həmyerliləri olan sərnişinləri Həmid Bayramov hadisə yerində, eləcə də E.Həsənovun qızı Rübab və digər sərnişini Firəngiz Orucova, A.Camalovun oğlu Hüseyn və arvadı Sevinc Xamalova isə xəstəxanada ölüblər.

E.Həsənovun digər sərnişini – arvadı Ruhiyyə Həsənova xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Göygöldə nəfərin ölümü ilə nəticələnən qəzası ilə bağlı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ