Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 22:30
ABŞ prezidenti Co Bayden Ukraynadakı hadisələrlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaları elan edib. Qərar görə, ABŞ Rusiyadan neft və təbii qaz idxalına qadağa tətbiq edib.
ABŞ həmçinin Rusiyadan enerji idxalına məhdudiyyəti tətbiq edib. Baydenin sözlərinə görə, bu, tarixin ən ağır sanksiyalarıdır. ABŞ prezidenti etiraf edib ki, bu sanksiyalar Vaşinqtona da pis təsir edəcək. Lakin, hökumət problemləri aradan qaldırmaq üçün lazımi tədbirləri həyata keçirəcək. Bayden Avropa ölkələrini də Rusiyadan neft və təbii qaz ixracını dayandırmağa çağırıb.
Qeyd edək ki, 2021-ci ildə Rusiyadan gələn neft ABŞ-ın neft idxalının təxminən 3%-ni təşkil edib, bu tədarüklər isə 2020-ci illə müqayisədə 2,7 dəfə artaraq 72,608 milyon barelə çatıb. Rusiyadan neft məhsullarının idxalı 1,5% artaraq 172,586 milyon barrelə çatıb. Onlar əsasən Havay adalarına və neft emalı zavodlarının Amerikanın böyük yataqlarını birləşdirən boru kəmərlərinə çıxışı olmayan sahillərə gətirilir. Eyni zamanda, ABŞ fevralın 19-dan 25-dək Rusiyadan neft idxalını sıfıra endirib.