Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 10:26
Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də Ukraynanın dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.
Bildirilib ki, müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri oturdur. Qeyd olunub ki, cənub istiqamətində müdafiə qruplarının Ukrayna milli sərhədini, dəniz sahillərini, hava limanlarını, vacib infrastrukturlarını müdafiəsi davam edir.
"Qoşunlar başqa istiqamətlərdə sabitliyin qorunması və ərazilərin müdafiəsi üzrə əməliyyat tədbirləri keçirirlər", - nazirlikdən bildirilib.
Rəsmi informasiyaya əsasən, Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirir, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini reallaşdırırlar.
Məlumata görə, şəxsi heyətdən çoxsaylı itki verən qarşı tərəf təlim tədbirləri adı altında yığım edərək onları işğal etdiyi Krım ərazisində, Krasnodar vilayətində, Donetsk və Luqanskın ayrı-ayrı rayonlarında yerləşdirir.
Qeyd olunub ki, Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb: "Ukrayna ilə döyüşmək üçün Moldovanın tanınmayan Dnestryanı bölgəsindən 800-dək əsgər toplanıb, ancaq onların mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir.
Bildirilib ki, Çerniqov vilayətində Rusiya hərbçiləri tərəfindən müvəqqəti olaraq ələ keçirilən ərazilərdə qarşı tərəf beynəlxalq humanitar hüququ pozaraq silah və hərbi texnikanın yaşayış binaları və yerlərində gizlədir. Xersonda Rusiya hərbçiləri mülki paltar geyinərək Nikolayev şəhəri istiqamətində hərəkət edirlər.
Məlumata görə, Rusiya qoşunlarının şəxsi heyəti arasında çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisinə görə böyük vahimə yaşanır.
Qeyd edək ki, martın 9-da Rusiya-Ukrayna müharibəsinin 14-cü günüdür.