Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 13:06
Rusiya prezideti Vladimir Putinin Federal Təhlükəsizlik Xidmətində (FSB) "təmizləmə" işlərinə başladığı iddia olunur.
Sonxeber.net Manset.az-a istinadla xəbər verir ki, "təmizləmələr" əsasən FSB-nin 5-ci şöbəsində başlayıb.
Bu şöbə Ukraynadakı mövcud siyasi-ictimai vəziyyətlə bağlı səhv hesabatlar hazırlamaqda ittiham olunur.
Qərb mənbələri isə bir neçə FSB generalının Putini hakimiyyətdən kənarlaşdırma cəhdinə görə həbs edildiyini iddia edir.Onlardan ikisinin adı açıqlanıb: FSB-nin xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Orestoviç və onun müavini Anatoli Bolyux.