Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''London taksi''si iki nəfəri vurub, ölən var

Bakıda ''London taksi''si iki nəfəri vurub, ölən var

Tarix: 14 Mart 2022 11:20

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar -1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.

Hər iki piyada aldıqları xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Bakıda London taksisi nəfəri vurub ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ