Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 22:22
Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps Ukraynadan olan qaçqınları öz evində qəbul etmək üçün rəsmi orqanlara müraciət edəcək.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.
"Biz ailəvi olaraq son bir neçə həftə ərzində Ukraynadakı dağıdıcı vəziyyəti müzakirə etdik. Biz bu gün Ukraynadan olan qaçqınlar öz ölkələrinə təhlükəsiz qayıdana qədər onlara mənzil təklif edən digər Britaniya ailələrinə qoşulmaq üçün müraciət etmək niyyətindəyik", - nazir qeyd edib.