Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bioloji qida əlavələri ilə bağlı əmtəə nişanı tələb olunacaq

Bioloji qida əlavələri ilə bağlı əmtəə nişanı tələb olunacaq

Tarix: 15 Mart 2022 19:20

Bioloji fəallığa malik qida əlavələri ilə bağlı əmtəə nişanı tələb olunacaq.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.

Bildirilib ki, 01.05.2022-ci il tarixindən etibarən BFMQƏ-nə aid olan məhsullara dair "Analitik Ekspertiza Mərkəzi" PHŞ-nə müraciət edən ərizəçilər tərəfindən təqdim olunan sənədlərin qəbulu zamanı "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "F" bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydə alınmasına yol verilmədiyini əsas tutaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın 3.3.1.yarımbəndində göstərildiyi kimi "BFMQƏ-nin əmtəə (patentləşdirilmiş) nişanı və seriyası" haqqında əlavə sənəd rəsmi şəkildə tələb olunacaq.

Qeyd edilib ki, bütün ərizəçilərin bu tələbi yerinə yetirmələri zəruridir, əks halda AEM tərəfindən sənədlərin ekspertizaya qəbulundan imtina ediləcək.


Etiketlər:  Bioloji qida əlavələri ilə bağlı əmtəə nişanı tələb olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ