Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 21:22
Rusiya Xarici İşlər Nazirliyi Rusiyaya girişi qadağan edilən Kanada vətəndaşlarının, o cümlədən Kanadanın Baş naziri Castin Trüdo, xarici işlər və müdafiə nazirləri Melani Coli və Anita Anandın da yer aldığı sanksiya siyahısını dərc edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, siyahı Kanadanın rusiyalı deputatlara sanksiyalarına cavab olaraq hazırlanıb.
Trüdo ilə yanaşı, Kanada parlamentinin İcmalar Palatasının əksər deputatları da daxil olmaqla, ümumilikdə 313 nəfərə məhdudiyyət qoyulub.