Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 04:25
Ukraynanın Əməkdar artisti Svetlana Loboda Malta pasportuna görə Ukrayna vətəndaşlığından imtina edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "FAN" internet nəşri məlumat yayıb. O, ifaçının uzun müddətdir Ukrayna vətəndaşı olmadığını qeyd edib və bu yaxınlarda Avropa İttifaqı vətəndaşı kimi qonorarını yalnız avro ilə tələb etdiyini vurğulayıb:
"Loboda üçün narahat olmağa ehtiyac yoxdur. O, əslində Malta vətəndaşıdır. O, Ukrayna vətəndaşlığından imtina edib. Loboda uzun müddətdir ki, bütün kapitalını Maltada birləşdirib",- deyə vurğulanıb.