Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 23:09
Amerikalı bioloqlar ağız boşluğu mikroflorasında olan 10 növ bakteriyanın yaşlı insanlarda təzyiqi 10-15% artırdığını açıqlayıb.
Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, xüsusən qadınların ağız boşluğunda peridontit-damağın iltihabı və buna səbəb olan bakteriyalar varsa, onlarda təzyiq kifayət qədər artır.
Peridondit və hipertoniya sıx əlaqəlidir. Əgər yaşlı insanlar damaq xəstəliklərini müalicə etsələr, təzyiqlərinə də müsbət təsir edər.
Buffalo universitetinin professoru Maykl Lamont bildirib ki, xroniki damaq xəstəliklərinin olması yaşlıları ürək-damar və təzyiq problemi ilə üz-üzə qoya bilər.
"Düşünürük ki, diş ətindəki iltihabın, mikrobun ağızdan başqa yerə nə təsiri ola bilər? Amma bağırsaq mikroflorası kimi, ağız mikroflorası da nəinki təzyiqə, hətta qadınlarda osteoporoza səbəb olur.
12 min Buffalo sakinlərinin 20 il ərzində ağız mikrolforasından yaxma analizləri və arterial təzyiqləri qeydə alınıb.
Analizlər göstərib ki, 10 növ bakteriya hipertoniyanı 10-16% artırır.