Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 14:42
Ukrayna Prezidenti Volodimir Zelenskinin baş rolunu canlandırdığı "Xalqın xidmətçisi" serialı "Netflix"də yayımlanacaq.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə şirkət tviter hesabında məlumat yayıb.
Bildirilib ki, şirkət 2016-cı ildə lentə alınan komediya serialının yayım hüququnu əldə edib.
Qeyd edək ki, ekran işində antikorrupsiya videosu internetdə yayıldıqdan sonra gözlənilmədən Ukrayna prezidenti seçilən məktəb müəllimi Vasili Qoloborodkodan bəhs edir.
Onu da qeyd edək ki, "Netflix" martın 7-dən etibarən Rusiyada yayımı dayandırıb. Həmçinin, orijinal rus layihələri üzərində işləməkdən imtina edilib.