Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 18:25
Əməkdar artist Vəfa Zeynalovanın Milli Onkologiya Mərkəzindən yayımladığı video diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, görüntüdə aktrisanın ağladığı əks olunub. V.Zeynalova ağlaya-ağlaya həkimlərə təşəkkür bildirib.
"Bayramdır, amma həkimlər iş başındadır. Heç kimin yolu bura düşməsin. Amma düşəndə də yaxşı ki, həkimlərimiz var. Bir barmağımız kəsiləndə belə onlara müraciət edirik" deyə, aktrisa gözünün yaşını silə-silə söyləyib.
İzləyicilərinin ona səhhəti ilə bağlı ünvanladığı suallara aktrisa "Sağlamam, səhhətimlə bağlı heç bir problem yoxdur. Sadəcə, yaxşı həkimləri siz də tanıyasız deyə paylaşım etdim. Vaxtiylə qardaşımı müalicə edən həkimlər idi. Hamınıza can sağlığı arzulayıram" deyə, cavab verib.