Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röya Ayxan: "İllər sonra yutubda baxanda deməsinlər ki..."

Röya Ayxan:

Tarix: 18 Mart 2022 14:15

Xalq artisti Röya Ayxan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, o, şəxsi instaqram hesabında yeni video paylaşıb. Görüntülərdə dırnaqlarını manikür etdirən Röya kompleksindən danışıb. İfaçı əlləri kobud olduğundan hər zaman uzun dırnaqalara üstünlük verdiyini deyib:

"İşdən gəlmişəm, saat 12-nin yarısıdır. Buna baxmayaraq dırnaq ustam gəlib evə manikür edir. Mənim əllərim kobuddur. Ona görə də həmişə uzun dırnaqla gəzirəm. İstanbula gedəcəyik. Orada bir klip çəkəcəyik. Onu demək istəyirəm ki, kliplərdə dırnaq oynadığın obraza uyğun olmalıdır. Gündəlik həyatda isə qısa dırnaqlara üstünlük verirəm. İllər sonra yutubda baxanda deməsinlər ki, bunun dırnaqları niyə belədir. Çünki çəkiliş adi həyatdan fərqlənməlidir".

Milli.Az


Etiketlər:  Röya Ayxan İllər sonra yutubda baxanda deməsinlər ki


RƏYLƏR