Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FED qərarını verdi: Manatı nə gözləyir? - VİDEO

FED qərarını verdi: Manatı nə gözləyir? - VİDEO

Tarix: 18 Mart 2022 15:00

Amerika Birləşmiş Ştatları dolların faiz dərəcəsini artırıb. Bu artımın isə dolların başqa valyutalar qarşısında bahalaşmasına zəmin yaradacağı ehtimal edilir. İqtisadçı ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, bu artım manatın məzənnəsinə təsir etməsə də, Azərbaycanın ticarət mühitinə mənfi təsir edə bilər. 

Amerika Birləşmiş Ştatları Mərkəzi bankı faiz dərəcəsini artırıb. Ölkə valyutasının uçot dərəcəsi dəyişirdirilib. Dollar üzrə faiz dərəcəsi artaraq 0.25-0.50 faiz arağlığına çatıb ki, bu da dolların digər valyuatalar qarşısında bahalaşmasına səbəb olacağı ehtimal edilir. Bəs bu artım dolların manat qarşısındakı hazırki vəziyyətinə təsir edəcəkmi?

Məsələ ilə əlaqədar iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, dolların manata təsiri görünən olmayacaq. 

Rəşad Həsənovun sözlərinə görə, ABŞ mərkəzi bankının bu qərarı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarının milli valyutalarını dəyərsizləşdirərsə, bunun bizə də təsiri qaçılmaz olacaq.

Ekspert bildirib ki, yalnız yerli istehsalın maya dəyərinin azaldılması fonunda belə bir mümkün təzyiqləri azaltmaq olar. Lakin əlavə ciddi təsirləri olmayacaq və hələ ki, manatın məzənnəsi sabit qalacaq.


Etiketlər:  qərarını verdi Manatı gözləyir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ