Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı müğənni mövqeyini belə açıqladı - VİDEO

Rusiyalı müğənni mövqeyini belə açıqladı - VİDEO

Tarix: 18 Mart 2022 19:15

Rusiyalı müğənni Zemfira "Не стреляйте" ("Atəş açmayın") adlı yeni klipini təqdim edərək Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlara mövqeyini açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı instaqram hesabında olan bütün paylaşımlarını silərək yalnız "Müharibəyə yox" şüarı və sözügedən yeni klipini paylaşıb. Videoda Ukraynada dağıdılan evlər, binalar, qaçqın düşən ukraynalılar, hərbi əməliyyatların törətdiyi facilərin görüntüləri və Rusiyada müharibəyə etiraz etdiyi üçün polis tərəfindən saxlanılan rusiyalılar əks olunub. Bununla da Zemfira müharibəyə qarşı olduğunu dilə gətirib.

Bundan başqa müğənninin Rusiyanı tərk etməsi ilə bağlı xəbərlər yayılıb. Lakin hələlik Zemfira bu məlumatı təsdiqləməyib.


Etiketlər:  Rusiyalı müğənni mövqeyini belə açıqladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ