Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 22:18
Almaniyanın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına rəğmən 2014-2020-ci illərdə 122 milyon avro dəyərində hərbi təchizat göndərdiyi irəli sürülüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Investigate Europe" hesabat yayımlayıb.
Hesabata əsasən, Rusiyanın Krımı ilhaq etməsindən sonra Aİ-nin 2014-cü ildə tətbiq etməyə başladığı silah embarqosuna baxmayaraq, Rusiyaya hərbi təchizat göndərib.
Ölkənin İqtisadiyyat Nazirliyinin sözçüsü Annike Eynhorn açıqlamasında Almaniyanın Aİ-nin 2014-cü ildəki embarqosundan sonra Rusiyaya hərbi təchizat üçün hər hansı yeni lisenziya vermədiyini deyib.
O, 2020-ci ilə qədər davam edən çatdırılma ilə bağlı açıqlama verməyib.
Almaniyanın Rusiyaya xüsusi mühafizə vasitələri, buzqıran gəmilər, tüfəng ixrac etdiyi bildirilib.
Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı qanunsuz olaraq ilhaq etməsindən sonra Aİ bu ölkəyə hər hansı silah və ya silahla əlaqədar ləvazimatların ixracını yasaqlamağa qərar vermişdi.