Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 08:50
ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefonla danışıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın geniş yayılmış yazılı bəyanatında deyilir.
Telefon danışığı zamanı Vaşinqtondan Kiyevə hərbi, iqtisadi və humanitar yardım müzakirə edilib.
Dövlət katibi vurğulayıb ki, ABŞ Ukrayna xalqına təhlükəsizlik, humanitar və iqtisadi yardımlar vasitəsilə fəal şəkildə dəstək verir. Blinken bildirib ki, ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqdir.