Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər stress və təşvişə qarşı yastıq hazırladı - Canlı kimi nəfəs alır

Alimlər stress və təşvişə qarşı yastıq hazırladı - Canlı kimi nəfəs alır

Tarix: 19 Mart 2022 22:06

Alimlər stress, nevroz, təşvişli insanlar, xüsusən qorxan uşaqlar, məktəbli və tələbələr üçün sakitləşdirici təsirli yastıq hazırlayıb.

Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, canlı varlıq kimi nəfəs alan və nəfəs səsi verən yastığı qucaqlayıb yatmaq həyəcan hissini azaldır.

Bu yastıq tənəffüs meditasiyalarının effektini verir.
Britaniya alimləri yastığı 129 tələbənin üzərində sınayıblar.

Stres və həyəcanı qucaqlamaq, kiminsə nəfəsi, masaj, istilik aradan qaldırır, bu zaman insan təhlükəsizlik siqnalı alır.

Eləcə də heyvan və itlə təmas, onların yaxınlıqda yatması, nəfəsinin eşidilməsi, mırıltısı, sığallamaq da insanda gərginliyi götürür, rahatlıq hormonlarını sintez edir. Buna görə alimlər bu hissləri imitasiya edən möcüzə yastıq hazırlayıblar. Yastıq həm heyvan mırıltısı, həm nəfəsi, həm də sakit ürək döyüntüsü eşitdirə bilir.

Eksperiment göstərib ki, tələbələrə ən yaxşı təsir edən yastıq nəfəs ala bilən yastıq seçilib.
Hazırda bu yastıqların kütləvi istehsalı üzrə iş gedir.


Etiketlər:  Alimlər stress təşvişə qarşı yastıq hazırladı Canlı kimi nəfəs alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ