Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 11:12
Martın ilk iki həftəsi ərzində "Telegram" ruslar arasında populyarlığına görə ilk dəfə "WhatsApp"ı geridə qoyub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə şirkətlərdən biri araşdırma aparıb.
Onun ümumi trafikdə payı 15% artaraq, əvvəlki ayın eyni dövrü ilə müqayisədə 63%-ə çatıb.
"2022-ci ilin mart ayında Rusiyada ilk dəfə olaraq "Telegram" xidməti "WhatsApp"ı keçərək ölkədə ən populyar messencer oldu. Martın ilk iki həftəsində "Telegram"ın messencerlərdə ümumi trafikdə payı 48%-dən 63%-ə yüksəlib",- deyə məlumatda bildirilib.
Xidmətin populyarlığı digər ani messencerlərə və sosial şəbəkələrə girişə qoyulan məhdudiyyətlər fonunda artıb.