Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərdi sahibkar əmlak vergisini hansı quruma ödəməlidir?

Fərdi sahibkar əmlak vergisini hansı quruma ödəməlidir?

Tarix: 21 Mart 2022 21:22

İstehsal fəaliyyəti ilə məşğul olan fərdi sahibkar qeyri-yaşayış sahəsinə görə əmlak vergisini bələdiyyəyə, yoxsa dövlət büdcəsinə ödəməlidir?

Dövlət Vergi Xidmətindən Sonxeber.net-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, binalar istisna olmaqla, fərdi sahibkarların balansında olan əsas vəsaitlərə görə əmlak vergisi dövlət büdcəsinə ödənilir.

Fərdi sahibkarın xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisinin hesablanıb ödənilməsi mexanizmində hər hansı dəyişiklik yoxdur və fərdi sahibkarın mülkiyyətində olan binalara, o cümlədən qeyri-yaşayış sahəsinə görə əmlak vergisi əvvəlki qaydada bələdiyyə tərəfindən təqdim edilmiş tədiyyə bildirişi əsasında bələdiyyə büdcəsinə ödənilir.


Etiketlər:  Fərdi sahibkar əmlak vergisini hansı quruma ödəməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ