Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 12:25
Müğənni Səidə Dadaşova xalası, Xalq artisti Brilliant Dadaşova ilə aralarında olan inciklikdən danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Xəbər-ətər" proqramında olarkən bəhs edib. O, atası, Xalq artisti Rafael Dadaşovun ölüm ildönümündə qohumları ilə bir araya gəlmədiklərini deyib:
"Çoxdandır bir araya gəlmirik. Əzizə bibim, Rövşən əmim, qardaşım, həyat yoldaşı gəlmişdi. Artıq bu əhatədir. Atam olanda hər kəs başına yığışırdı. Hər şey ayrı düşüb".
Verilişdə yer alan müğənni Adil Karacanın "Brilliant Dadaşova ilə danışmırsınız?" sözlərinə Səidə belə cavab verib:
"Dadaşovlar məktəbdir, bu danılmazdır. Onlar iz qoyub, tarix yazıb. Mahnılarda müraciət edirəm. Amma hər kəs öz çevrəsinə qapanıb. Ailəmlə, oğlumla məşğulam. Hər kəsin yanına özüm getməkdən, ilk addım atmaqdan yoruldum. Beynim yoruldu, söndü. O zamanımı övladıma ayırıram. Hər zaman axtaran, sayan, hörmət saxlayan mən olmuşam. Allah mənə nə qədər ömür veribsə, onu artıq övladıma həsr edəcəm".
Qeyd edək ki, S.Dadaşova Rafael Dadaşovun qızıdır. İfaçının anası isə Brilliant Dadaşovanın aktrisa bacısı Sədaqət Dadaşovadır.