Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 15:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Zorakılıq halları ilə üzləşən uşaqlar özünə qapanır, depressiyaya düşürlər. Bu vəziyyət də azyaşlının intihar etməsinə səbəb ola bilir.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə deyib.
Onun sözlərinə görə, məktəbdə, həyətdə, məişət zəminində fiziki və ya mənəvi zorakılıq halları ilə qarşılaşan uşaqlara lazımi tibbi-psixoloji yardım göstərilməsi üçün tibb işçilərinin bilik və bacarıqlarının artırılması bu gün olduqca vacib məsələdir.
S.Babazadə hesab edir ki, zorakılıq halları ilə üzləşən uşaqların intihar etməsinin qarşısını almaq üçün zərər çəkmiş şəxslərə tibbi-psixoloji yardım təcili və təxirəsalınmaz formada, düzgün sistematik qaydada aparılmalıdır.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva isə cəmiyyəti zorakılığa qarşı daha fəal mübarizəyə çağırıb, hər kəsin bu məsələyə həssas, qayğıkeş yanaşmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin