Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Disko topundan daha parlaqsan”

“Disko topundan daha parlaqsan”

Tarix: 24 Mart 2022 15:40

Ötən gün ABŞ-ın Los-Anceles şəhərində "iHeart Radio Awards" gecəsi keçirilib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, gecədə xüsusilə qadın ulduzlar geyindikləri geyimlərlə diqqət çəkib.

Onlardan biri türkiyəli sevgilisi Alev Aydınla münasibətindən Ender adlı körpə dünyaya gətirən müğənni Halsey olub.

Əsl adı Aşli Nikoleyt Frangipen olan 27 yaşlı Halsey Los-Ancelesdə keçirilən mərasimdə üstü parıltılı və iddialı dekolteli kombinezon, altından isə uzun şalvar geyinib.

Döymələrini üzə çıxaran Halsey İnstaqram səhifəsində qırmızı xalçada çəkdirdiyi fotolarını da paylaşıb.

Müğənninin izləyicilərindən birinin şərhi diqqət çəkib. İzləyici Halseyin görünüşünü "Disko topundan daha parlaq" kimi şərh edib.


Etiketlər:  Disko topundan daha parlaqsan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ