Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu saata ''Aşura'' ilə əlaqədar 5 719 nəfər nəfər qan verib

Bu saata ''Aşura'' ilə əlaqədar 5 719 nəfər nəfər qan verib

Tarix: 10 Sentyabr 2019 16:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 719 nəfər nəfər könüllü olaraq qan verib.

Bu barədə Səhiyyə Nazirliyindən Trend-ə bildirilib.

Nazirlikdən qeyd edilib ki, saat 16:30-a olan məlumata əsasən, bu şəxslərdən 2573 litr qan tədarük olunub.

Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  saata Aşura ilə əlaqədar nəfər nəfər verib


RƏYLƏR