Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərdabda avtomobillə vurulan piyada ağır xəsarət alıb

Zərdabda avtomobillə vurulan piyada ağır xəsarət alıb

Tarix: 26 Mart 2022 08:14

Zərdab rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə rayonun Gödəkqobu kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Rüstəmov Münasib Salam oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması və kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Zərdabda avtomobillə vurulan piyada ağır xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ