Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nüfuzlu nəşrlər Azərbaycanın döyüş təcrübəsindən yazırlar - VİDEO

Nüfuzlu nəşrlər Azərbaycanın döyüş təcrübəsindən yazırlar - VİDEO

Tarix: 26 Mart 2022 13:08

Azərbaycanın 44 günlük Vətən müharibəsində müasir hərbi texnikalardan düzgün istifadə edərək parlaq qələbə qazanması dünya gündəmindən düşmür. Reallıq ondan ibarətdir ki, 21-ci əsr müharibəsi necə olmalıdır sualına cavab axtaranlar məhz 2-ci Qarabağ döyüşlərini təhlil etməli olurlar.

Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, ABŞ-ın nüfuzlu "The Waşinqton Post" qəzeti və ''The Atlantic'' jurnalında Azərbaycanın 44 günlük müharibədəki taktikası dünya hərb tarixində inqilab kimi təqdim edilir. Məqalələrdə vurğulanıb ki, II Dünya müharibəsi tankların, Azərbaycanın parlaq qələbə qazandığı 44 günlük Vətən müharibəsi isə dronların effektiv tətbiqi ilə yadda qaldı.

''The Atlantic'' jurnalında qeyd edilib ki, pilotsuz uçuş aparatlarının uğurlu istifadəsi Azərbaycanın qələbəsində həlledici amillərdən oldu.

"The Waşinqton Post" qəzetində isə qeyd edilib ki, dronlardan əldə edilən məlumatların düzgün koordinasiyası da olduqca mühüm idi.

Mövzu ilə bağlı danışan hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, dronların ümumi idarəetməyə inteqrasiya edilmədən yalnız bir hədəfə zərbə endirən taktiki alət kimi istifadəsi gözlənilən nəticəni verə bilməz. Məhz hərbçilərimizin yüksək peşəkarlığı nəticəsində dronlardan kəşfiyyat, hədəfin müəyyən edilməsi və digər məqsədlər üçün istifadə edilirdi.

Emin Həsənli hesab edir ki, müharibədə dronlar həm də pilotsuz aviasiya rolunda çıxış etdilər. Bundan başqa, tank və digər hərbi texnikaların başqa qoşun növləri ilə əlaqələndirilmiş şəkildə istifadəsi döyüşlərdə itkilərimizin sayının azaldılması baxımdan mühüm rol oynadı.

Emin Həsənli vurğulayıb ki, dünyanın aparıcı nəşrlərində Azərbaycanın 44 günlük Vətən müharibəsində müasir hərbi texnikaların tətbiqinə və qazandığımız parlaq qələbəyə yer verilməsi hələ bundan sonra da davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Nüfuzlu nəşrlər Azərbaycanın döyüş təcrübəsindən yazırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ