Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən təmiz və ən çirkli havası olan ölkələrin SİYAHISI

Ən təmiz və ən çirkli havası olan ölkələrin SİYAHISI

Tarix: 26 Mart 2022 22:27

İsveçrənin "IQAir" şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, 6475 şəhərdən yalnız 222-nin orta hava keyfiyyəti Ümümdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.

Tədqiqatdakı bütün məlumatlar dünya üzrə yerüstü hava keyfiyyəti stansiyalarından istifadə etməklə toplanıb. Məlumat real vaxt rejimində alınıb.
ÜST tələblərinə görə, havadakı təhlükəli PM2.5 hissəciklərinin orta səviyyəsi ildə bir kubmetr üçün 5 mikroqramdan çox olmamalıdır.
Bütün məlumatların təhlilinə əsasən, havanın ən çirkli olduğu dövlət Banqladeş, ən çirkli paytaxt isə Yeni Dehli (Hindistan) olub. Banqladeşi Çad, Pakistan, Tacikistan, Hindistan, Oman, Qırğızıstan, Bəhreyn, İraq, Nepal kimi ölkələr izləyir. Eyni zamanda Hindistan, Banqladeş və Pakistanda havanın çirklənmə səviyyəsi normadan 10 dəfə yüksəkdir.
Bununla yanaşı, ən keyfiyyətli hava Norveç, Danimarka, İsveç, Avstraliya, Yaponiya, Kanada, Böyük Britaniyada qeydə alınıb. Həmçinin, Yeni Kaledoniya, ABŞ-ın Virciniya adaları, Puerto-Riko, Kape Verde, Finlandiya, Qrenada, Baham adaları, Avstraliya, Estoniya da reytinqin yuxarı pillələrində qərarlaşıb.


Etiketlər:  təmiz çirkli havası olan ölkələrin SİYAHISI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ