Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 00:35
Müğənni Nigar Camalın qızı Jasminin 16 yaşı tamam olur.
Sonxeber.net xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. İfaçı övladı Jasminin uşaqlıq illərindən bu günə qədər lentə alınan foto və görüntülərini yayımlayıb. Nigar videoya ürək sözlərini də yazaraq qızını yeni yaşı münasibətilə təbrik edib:
"16 yaşın mübarək nəfəsim, qəlbim. Jasmin, səni dünyalar qədər sevirəm!".
Qeyd edək ki, "Avroviziya 2011" qaliblərindən olan Nigar Camalın Səidə adlı başqa bir qızı da var.