Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Milli Qəhrəmanının ailəsi Ukraynadan təxliyə edilib - VİDEO

Azərbaycanın Milli Qəhrəmanının ailəsi Ukraynadan təxliyə edilib - VİDEO

Tarix: 27 Mart 2022 13:08

Təxliyə zamanı onları gətirən avtomobilə bir neçə dəfə hücum oldu. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti Milli Qəhrəmanımızın ailəsini sağ-salamat Moldovaya təxliyə etdi.

Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsindən gedir.

Onun ailəsi Ukraynadakı müharibə bölgəsindən çıxarılaraq Moldovada yerləşdirilib. Milli Qəhrəmanımızın həyat yoldaşı Qalina xanım təxliyə edilməsi ilə bağlı ''Xəzər Xəbər''ə danışıb. Onun sözlərinə görə, Ukraynanın Xarkov şəhərində yaşayıblar. Müharibə zamanı onların binası raketlə vurulduğundan tamamilə yarasız vəziyyətə düşüb. Bir müddət sığınacaqda gizləndikdən sonra təxliyə edilmələri ilə bağlı müraciət ediblər.

Qalina Mixaylova deyir ki, onları Moldovada Azərbaycan səfirliyinin əməkdaşları qarşılayıblar. Səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilən Qalina xanım hazırda müalicəsini davam etdirir. O və qızı təxliyə edilmələlərilə bağlı Azərbaycan hökümətinə təşəkkürünü bildirir.

Milli Qəhrəmanın ailəsinin Azərbaycana gətirilməsi onun həyat yoldaşı Qalina xanımın səhhəti ilə əlaqədar gecikir. Ayın sonuna kimi ailənin Azərbaycana gətirilməsi gözlənilir.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Azərbaycanın Milli Qəhrəmanının ailəsi Ukraynadan təxliyə edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ